Mərkəzi Bank və Maliyyə Nazirliyi MBNP-nın bank qanunvericiliyinin dəyişdirilməsi ilə bağlı təklifini dəstəkləyib

Mərkəzi Bank və Maliyyə Nazirliyi MBNP-nın bank qanunvericiliyinin dəyişdirilməsi ilə bağlı təklifini dəstəkləyib Palata maliyyə bazarlarının tənzimlənməsi haqqında qanun layihəsi hazırlayıb
Maliyyə
118
25 Noyabr , 2016 11:12
Mərkəzi Bank və Maliyyə Nazirliyi MBNP-nın bank qanunvericiliyinin dəyişdirilməsi ilə bağlı təklifini dəstəkləyib

Bakı. 25 noyabr. REPORT.AZ/"Banklar haqqında" qanuna əlavə və dəyişikliklər barədə qanun layihəsinə hazırda Prezident Administrasiyasında baxılır.

"Report" xəbər verir ki, bunu Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən "Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər" adlı forumun ikinci günündə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Hüquq təminatı İdarəsinin rəisi Nurlan Babayev deyib.

Onun sözlərinə görə, layihə artıq razılaşdırma prosedurundan keçib: "Bu məsələdə Palata, Mərkəzi Bank və Maliyyə Nazirliyi ilə fikir ayrılığı olmayıb".

Bundan başqa, MBNP maliyyə bazarlarının tənzimlənməsi haqqında da qanun layihəsi hazırlamaqdadır. Amma bu layihə üzrə razılaşdırma proseduruna hələ başlanılmayıb. 

Son xəbərlər

Orphus sistemi