Azərbaycan Mərkəzi Bankı bu il banklara 627 milyon manatlıq dəstək verib

Azərbaycan Mərkəzi Bankı bu il banklara 627 milyon manatlıq dəstək verib Monetar siyasətdə monetar sabitlik problematikası, yəni əhalinin əmanətləri, hüquqi şəxslərin depozitlərini bank sektorunda saxlaması, onların qaçışının qarşısının alınması istiqamətində faiz dərəcəsi ilə bağlı dilemma qarşısında idik.
Maliyyə
14 Aprel , 2020 22:01
Azərbaycan Mərkəzi Bankı bu il banklara 627 milyon manatlıq dəstək verib

"Monetar siyasətdə monetar sabitlik problematikası, yəni əhalinin əmanətləri, hüquqi şəxslərin depozitlərini bank sektorunda saxlaması, onların qaçışının qarşısının alınması istiqamətində faiz dərəcəsi ilə bağlı dilemma qarşısında idik".

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş 2020-ci ilin I rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə bildirib.

"Lakin bütövlükdə iqtisadiyyatda olan situasiya tələb edirdi ki, biz faiz siyasətini yumşaldaq. Belə bir şəraitdə biz bir növ gözləmə mövqeyi tutaraq faiz dərəcəsini nə artırdıq, nə də azaltdıq. Təbii ki, hadisələri izləyirik, düşünürük ki, faiz dərəcələrini artırmaq potensialı mövcuddur. Lakin artıq Sizin çıxışınızda qeyd etdiyiniz kimi, biz situasiyanı izləməliyik və yaranmış situasiyada operativ və dəqiq cavab verəcəyik. Lakin bank sektorunun likvidlik səviyyəsi bu gün qənaətbəxş səviyyədədir. AMB banklara lazımi dəstək verir. İlin əvvəlindən bank sektoruna 627 milyon manat səviyyəsində dəstək verilib. Bunun başlıca istiqamətləri ipoteka sisteminin dəstəklənməsi, qiymətli kağızlar bazarına dəstək, "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə - bizim sistem xarakterli banka dəstəkdir. O cümlədən Sizin göstərişinizlə bilavasitə ölkənin ərzaq ehtiyatlarının artırılmasına dəstək vermişik", - deyə o, qeyd edib. 

Son xəbərlər

Orphus sistemi