Mərkəzi Bank bir neçə sığorta xidmətləri üzrə tender elan edib

Mərkəzi Bank bir neçə sığorta xidmətləri üzrə tender elan edib Azərbaycan Mərkəzi Bankı (AMB) balansında olan əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortasından ibarət olan birləşdirilmiş sığorta xidmətləri üzrə açıq tender keçirir.
Maliyyə
5 İyul , 2019 11:23
Mərkəzi Bank bir neçə sığorta xidmətləri üzrə tender elan edib

Azərbaycan Mərkəzi Bankı (AMB) balansında olan əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortasından ibarət olan birləşdirilmiş sığorta xidmətləri üzrə açıq tender keçirir.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 300 manatdır və iddiaçı tender təklifini (2019-cu ilin sentyabrın 18-dək qüvvədə olmalıdır) 2 avqust saat 18:00-a qədər Mərkəzi Bankın inzibati binasına təqdim etməlidir. Tender 5 avqust saat 15:00-da AMB-nın binasında keçiriləcək.

Sığorta xidmətinin göstərilməsinə noyabrın 1-dən başlanılır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmət göstərilməsinə 2020–ci ilin yanvarın 25-dən başlanılır. Sığorta xidmətinin göstərilməsi müddəti – 12 aydır.

Son xəbərlər

Orphus sistemi