“Meqa Sığorta”nın səhmdarları növbədənkənar yığışacaq

“Meqa Sığorta”nın səhmdarları növbədənkənar yığışacaq Yığıncaq şirkətin baş ofisində olacaq
Maliyyə
11 May , 2017 09:57
“Meqa Sığorta”nın səhmdarları növbədənkənar yığışacaq

Bakı. 11 may. REPORT.AZ/ İyunun 12-də, saat 10:00-da “Meqa Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” şirkətin İdarə Heyətinə istinadən xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 19A ünvanındaklı ofisdə olacaq.

Yığıncağın gündəliyi açıqlanmır. 

Xatırladaq ki, "Meqa Sığorta" 1998-ci ildən fəaliyyət göstərən "BE&G" sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,5 mln. manatdır. Şirkətin səhmlərinin 19%-i Rauf Zeynal oğlu Əliyevə, 19%-i Zeynal Hacıməmməd oğlu Əliyevə, 19%-i Nəzakət Zakir qızı İsmayılovaya, 19%-i Zaur Zakir oğlu Quliyevə, 15%-i Yaşar Feyzi oğlu Qurbanova (Müşahidə Şurasının sədri, "Rabitəbank" ASC-nin 11,34%-lik səhmdarı), 9%-i isə Əli Eldar oğlu İsmayılova məxsusdur.

Son xəbərlər

Orphus sistemi