Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyindəki şirkət auditor seçir

Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyindəki şirkət auditor seçir Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus MİDA MMC 2022-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditi üçün kotirovka sorğusu elan edib.
Maliyyə
30 Noyabr , 2022 17:45
Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyindəki şirkət auditor seçir

Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus MİDA MMC 2022-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditi üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır.

İddiaçılar təkliflərini dekabrın 15-i, saat 19:00-a qədər şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 31 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə dekabrın 16-da, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.

Son xəbərlər

Orphus sistemi