Mənəvi Dəyərlərin Təbliği Fondu işçilərinin aylıq vəzifə maaşları artırılıb

Mənəvi Dəyərlərin Təbliği Fondu işçilərinin aylıq vəzifə maaşları artırılıb Bu barədə qərar Baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb
Maliyyə
1082
29 Mart , 2018 01:32
Mənəvi Dəyərlərin Təbliği Fondu işçilərinin aylıq vəzifə maaşları artırılıb

Bakı. 29 mart. REPORT.AZ/ Nazirlər Kabineti “Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin say həddinin müəyyən edilməsi və aylıq vəzifə maaşlarının təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.

“Report” xəbər verir ki, bu barədə qərar Baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.

Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin aylıq vəzifə maaşlarının cədvəli aşağıdakı kimi müəyyən edilib:

Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin aylıq vəzifə maaşları

Vəzifələrin adı Aylıq vəzifə maaşı (manatla)
İcraçı direktor 1265
İcraçı direktorun müavini 985
Şöbə müdiri, baş mühasib 649
Baş məsləhətçi 451
Aparıcı məsləhətçi 429
Məsləhətçi 418
Kargüzarlıq və arxiv işinin aparılması üzrə mütəxəssis 220
Sürücü 242
Xadimə 171

Son xəbərlər

Orphus sistemi