Məmməd Musayev: "Banklar üçün kənd təsərrüfatı subyektləri maraqlı görünmür"

Məmməd Musayev: "Banklar üçün kənd təsərrüfatı subyektləri maraqlı görünmür" "Azərbaycan bankları üçün kənd təsərrüfatı subyektləri, onları maliyyələşdirmək maraqlı görünmür".
Maliyyə
28 Sentyabr , 2022 16:51
Məmməd Musayev: Banklar üçün kənd təsərrüfatı subyektləri maraqlı görünmür
Məmməd Musayev

"Azərbaycan bankları üçün kənd təsərrüfatı subyektləri, onları maliyyələşdirmək maraqlı görünmür".

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyilə keçirilən “Aqrobiznes:yeni imkanlar və müasir çağırışlar” mövzusunda ictimai müzakirədə ASK-nın prezidenti Məmməd Musayev bildirib.

"Odur ki, bank olmayan kredit təşkilatlarının (BOKT) və kredit ittifaqlarının işini genişləndirmək lazımdır. Fermerlərin inkişafında bu maliyyə qurumlarının fəaliyyətinə daha çox ehtiyac var. Bu sahədə qanunvericiliyin təkmilləşməsinə də ehtiyac duyulur", - o deyib.

M.Musayevin sözlərinə görə, hazırda Azərbaycanda aqrar sektorun ümumi daxili məhsulda (ÜDM) xüsusi çəkisi 3,8 %, kənd təsərrüfatı məhsulları emalına ayrılan kreditlərin ümumi kredit qoyuluşunda payı isə 3,1 %-dir: "Bu rəqəblər göstərir ki, aqrar sektoru inkişaf etdirmək, onun ÜDM-dəki xüsusi çəkisini artırmaq, həm də bu sahəni kreditləşdirmək üçün böyük potensialımız var".

Son xəbərlər

Orphus sistemi