MDB ölkələrindən altısının milli valyutası bu il ABŞ dollarına nisbətdə bahalaşıb

MDB ölkələrindən altısının milli valyutası bu il ABŞ dollarına nisbətdə bahalaşıb Onların arasında Azərbaycan manatı da var
Maliyyə
2 İyul , 2018 15:47
MDB ölkələrindən altısının milli valyutası bu il ABŞ dollarına nisbətdə bahalaşıb
0 : 00
0 : 00

Bakı. 2 iyul. REPORT.AZ/ Bu ilin I rübündə Azərbaycan manatı MDB məkanında ABŞ dollarına nisbətdə bahalaşan 6 milli valyutadan biri olub.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, manatın məzənnəsi dollar qarşısında 0,32% güclənib.

Ən çox bahalaşan isə Ukrayna qrivnası olub. Bu valyuta ilin ilk yarısı ərzində Amerika valyutasına nisbətdə 7% güclənib. Növbəti yerlərdə gürcü larisi (6%), Moldova leyi (1,57%), qırğız somu (1,45%) və erməni dramı (0,32%) qərarlaşıb. 

Dollara nisbətdə ən çox dəyər itirən milli valyuta isə Rusiya rublu olub. Belə ki, yanvar-mart aylarında bu valyuta 8%-dən çox ucuzlaşıb. MDB-də dəyər itirmiş valyutaların sırasında belarus rublu (-0,42%), özbək sumu (0,61%), qazax təngəsi (2,55%) və tacik somonisi (3,55%) də var. 

Son xəbərlər

Orphus sistemi