Maliyyə Bazarlarına Nəzarət Palatası “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib

Maliyyə Bazarlarına Nəzarət Palatası “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib Bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi, rəqəmsal bankçılıq xidmətlərinin klassik bankçılıq xidmətləri paketinə daxil edilməsi, habelə ölkədə maliyyə inklüzivliyinin gücləndirilməsi çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndə heyəti Beynəlxalq Maliyyə Korporasiyası ilə qarşılıqlı əməkdaşlıq əsasında 11-14 noyabr tarixlərində “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib.
Maliyyə
19 Noyabr , 2019 09:59
Maliyyə Bazarlarına Nəzarət Palatası “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib

Bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi, rəqəmsal bankçılıq xidmətlərinin klassik bankçılıq xidmətləri paketinə daxil edilməsi, habelə ölkədə maliyyə inklüzivliyinin gücləndirilməsi çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndə heyəti Beynəlxalq Maliyyə Korporasiyası ilə qarşılıqlı əməkdaşlıq əsasında 11-14 noyabr tarixlərində “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib.

Bu barədə “Report” Palataya istinadən xəbər verir.

Məlumata görə, 134 ölkədən 60 min nümayəndənin qeydiyyatdan keçdiyi bu tədbirdə qabaqcıl istehsalat, mühəndislik kimi sahələrlə yanaşı, əsasən rəqəmsal iqtisadiyyat və rəqəmsal ödənişlər, pul köçürmələri, kriptovalyuta və blokçeyn texnologiyası, açıq bankçılıq yanaşması və “sandbox” rejimi”, habelə fintexlər və onların fəaliyyətinin genişləndirilməsi kimi mövzulara toxunulub.

Festival çərçivəsində maliyyə bazarları sahəsində tənzimləyici və nəzarət qurumları ilə özəl sektorun bir araya gələrək yenilikləri geniş ictimaiyyətə açıqlamaları, qlobal ödəniş ekosistemində son innovasiyalarla tanış olma imkanının yaradılması, fintexlər və startaplar tərəfindən yeni məhsul və xidmətlərin təqdim edilməsi iştirakçıların böyük marağına səbəb olub.

Beynəlxalq Maliyyə Korporasiyasının Maliyyə, rəqabət və innovasiya üzrə Təcrübə Qrupunun qlobal rəhbəri Alfonso G.M. və Kredit infrastrukturu üzrə qlobal rəhbəri Mahesh U., Sinqapurun maliyyə bazarları üzrə tənzimləyici və nəzarət qurumunun (Monetary Authority of Singapore) Fintex departamentinin nümayəndələri, habelə “Google Pay” şirkətinin Asiya regionu üzrə eksperti Xurram K. ilə qarşılıqlı görüşlər keçirilib. Nümayəndə heyəti həmçinin, “Visa Inc.” və “MasterCard Wordlwide” beynəlxalq kart təşkilatları, “Paypal” təşkilatının innovasiya mərkəzinin iş prinsipi ilə yaxından tanış olub.

Tədbir çərçivəsində Polşa və Litva Mərkəzi Banklarının nümayəndələri ilə “sandbox” rejiminin tətbiqi və bank olmayan ödəniş xidməti təchizatçılarına nəzarət, bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin təşkili üzrə müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi