MBNP: Sığorta bazarında differensial yanaşmanın tətbiqi aktualdır

MBNP: Sığorta bazarında differensial yanaşmanın tətbiqi aktualdır “Bəzən sığorta vasitəçilərinə yanaşmada sosial ədalətin pozulduğunu hiss edirik. Düşünürük ki, sığorta vasitəçilərinə fəaliyyət növləri üzrə diferensial yanaşma tətbiq etməliyik”.
Maliyyə
28 İyun , 2019 10:41
MBNP: Sığorta bazarında differensial yanaşmanın tətbiqi aktualdır
Report/ Elchin Murad

“Bəzən sığorta vasitəçilərinə yanaşmada sosial ədalətin pozulduğunu hiss edirik. Düşünürük ki, sığorta vasitəçilərinə fəaliyyət növləri üzrə diferensial yanaşma tətbiq etməliyik”.

"Report" xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin (MBNP) sədri vəzifəsini icra edən İbrahim Alışov Bakıda keçirilən "Azərbaycanda Sığorta Bazarı: trendlər və imkanlar" adlı IX Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AIIF-2019) bildirib.

“Bu, attestasiya və sertifikasiya istiqamətlərdir. Həm sığorta vasitəçiləri klasterinin, həm də müstəqil ekspertlər institutunun formalaşdırlmasında diferensial yanaşmanın tətbiqi aktualdır. Bu istiqamətdə müvafiq addımlar atılıb", - o deyib. 

Son xəbərlər

Orphus sistemi