MBNP: Azərbaycan banklarında cari hesablar üzrə elektron ödənişlər 3 dəfədən çox artıb

MBNP: Azərbaycan banklarında cari hesablar üzrə elektron ödənişlər 3 dəfədən çox artıb Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 24-ü internet bankçılığı, 25-i isə mobil bankçılıq tətbiq edir.
Maliyyə
110
15 Noyabr , 2018 10:21
MBNP: Azərbaycan banklarında cari hesablar üzrə elektron ödənişlər 3 dəfədən çox artıb
MBNP İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İbrahim Alışov / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 24-ü internet bankçılığı, 25-i isə mobil bankçılıq tətbiq edir.

“Report” xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İbrahim Alışov Bakıda keçirilən III Beynəlxalq Bankçılıq Forumunda bildirib.

“Hazırda bu xidmətlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər aparılır. Xüsusilə QR xidmətlərin göstərilməsi ilə bağlı addımlar atılır. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan banklarında cari hesablar üzrə aparılmış əməliyyatların 25%-i elektron ödənişlər vasitəsi ilə həyata keçirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə çoxdur".

Son xəbərlər

Orphus sistemi