“Mastercard”: “Pərakəndə ticarətdə elektron ticarətin payı 22%-ə çatacaq”

“Mastercard”: “Pərakəndə ticarətdə elektron ticarətin payı 22%-ə çatacaq” “2025-ci ildə dünyada 5G-ni dəstəkləyən 5 milyard ədəd cihaz olacaq”.
Maliyyə
15 Dekabr , 2021 11:35
“Mastercard”: “Pərakəndə ticarətdə elektron ticarətin payı 22%-ə çatacaq”

“2025-ci ildə dünyada 5G-ni dəstəkləyən 5 milyard ədəd cihaz olacaq”.

“Report” xəbər verir ki, bunu “Mastercard”ın biznesin inkişafı üzrə direktoru Mithat Perköz deyib.

Onun sözlərinə görə, qarşıdakı ildə 170 ölkədə 5G texnologiyasından istifadə mümkün olacaq.

“Əgər 2019-cu ildə pərakəndə ticarət dövriyyəsində elektron ticarətin payı 14 % idisə, 2023-cü ildə bu rəqəm 22%-ə çatacaq. Artıq bir sıra ölkələrdə kart sahibləri kart məlumatlarını etibarlı mənbələrdə saxlayaraq daha sürətli ödəmə üsulunu seçirlər. Məsələn, Avropada olan kart sahiblərinin 74%-i bu üsuldan istifadə edirlər.

“Mastercard” olaraq biz “Masterpass” xidmətini təqdim etmişik. Hazırda Türkiyədə ödənişlərin 25%-i bu üsulla edilir. Dünyada isə 59 % “Mastercard” sahibləri “Masterpass”dan istifadə edir. Son 1 ildə bu xidmətin istifadəçilərinin sayı 21% artıb”.

Son xəbərlər

Orphus sistemi