Bakı. 3 aprel. REPORT.AZ/ Bu ilin mart ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə İcbarı Sığorta Bürosunun (İSB) iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1 416 sığorta tələbi üzrə 1 654 266 manat məbləğində sığorta ödənişi həyata keçirilib. Bu barədə "Report"a İSB-dən məlumat verilib.
Məlumata görə, ödənilmiş sığorta tələbləri və həmin tələblər üzrə həyata keçirilmiş sığorta ödənişlərinin zərərin növü üzrə bölgüsü aşağıdakı kimi olub:
Bundan əlavə mart ayında İSB tərəfindən 11 kompensasiya tələbi üzrə 37 min manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.
Ümumilikdə, 2015-ci ilin I rübündə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 4 905 sığorta tələbi üzrə 5 708 343 manat məbləğində sığorta ödənişi həyata keçirilib.