​Maliyyə Nazirliyi sığorta lizenziyası almaq istəyənlər üçün imtahan keçirəcək

​Maliyyə Nazirliyi sığorta lizenziyası almaq istəyənlər üçün imtahan keçirəcək Test imtahanları noyabrın 1-də və 3-də keçiriləcək
Maliyyə
29 Oktyabr , 2014 15:09
​Maliyyə Nazirliyi sığorta lizenziyası almaq istəyənlər üçün imtahan keçirəcək
Bakı. 29 oktyabr. REPORT.AZ/ Maliyyə Nazirliyi yanında Dövlət Siğorta Nəzarəti Xidməti (DSNX) noyabrın 1-də və 3-də sığorta lizenziyası almaq istəyənlər üçün növbəti test imtahanı keçirəcək. Bu barədə "Report"a DSNX-dən məlumat verilib.

Test imtahanı “Sığorta fəaliyyəti haqqında” qanunun tələbinə, həmçinin “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları”na uyğun olaraq keçiriləcək.

Xatırladaq ki, sənədləri DSNX-yə tam olaraq təqdim olunmuş şəxslər 2014-cü il oktyabrın 31-də saat 11:00-dək DSNX ilə əlaqə saxlayaraq adı, soyadı, atasının adı, vasitəçilik fəaliyyətnin növü və ya təyin olunmalı olduğu vəzifənin və cəmiyyətin adı tam göstərilməklə imtahanda iştirak edəcəklərini təsdiq etməlidirlər.

Son xəbərlər

Orphus sistemi