Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyasının (ABA)
"Report"un ABA-ya istinadən verdiyi xəbərə görə, ötən gün baş tutan iclasda daxili məsələlərlə yanaşı, ABA tərəfindən yaradılması nəzərdə tutulan Maliyyə Ombudsmanının Əsasnaməsi və Reqlamenti müzakirə edilib. Bu sahədə beynəlxalq təcrübəyə dair fikir mübadiləsi aparılıb və həmin təcrübənin yerli tələblər nəzərə alınmaqla tətbiqi imkanları nəzərdən keçirilib.
İclasda xüsusi olaraq müzakirə edilən məsələlərdən biri də ABA-nın tərkibində maliyyə savadlılığı ilə bağlı ayrıca Ekspert Qrupunun yaradılması olub. Qrupun yaradılmasında əsas məqsəd maliyyə savadlığı sahəsində görülməli işlərin müzakirəsi, əlaqədar təşkilatlarla fikir mübadiləsi aparmaqla bu istiqamətdə əlavə tədbirlərin müəyyənləşdirilməsinə ekspert yanaşmasının təmin olunmasıdır.