“Maliyyə Resurs Mərkəzi”nin aktivləri 13% azalıb

“Maliyyə Resurs Mərkəzi”nin aktivləri 13% azalıb Bakı. 20 noyabr. REPORT.AZ/ “Maliyyə Resurs Mərkəzi” QSC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 12,5% azalaraq bu il yanvarın 1-nə 1,029 mln. manat təşkil edib.
Maliyyə
20 Noyabr , 2018 10:38
“Maliyyə Resurs Mərkəzi”nin aktivləri 13% azalıb

Bakı. 20 noyabr. REPORT.AZ/ “Maliyyə Resurs Mərkəzi” QSC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 12,5% azalaraq bu il yanvarın 1-nə 1,029 mln. manat təşkil edib.

“Report” bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Maliyyə Resurs Mərkəzi”nin müştərilərə verdiyi xalis kreditlər 13,3% azalaraq 816 min manata düşüb.

Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri 16,7% azalaraq 769 min manat, cəmi kapitalı isə 3,6% artaraq 260 min manat olub.

“Maliyyə Resurs Mərkəzi” 2017-ci ili 5 min manat zərərlə başa vurub. Bu, 2016-cı ilə nisbətən təxminən 60% azdır. 

Son xəbərlər

Orphus sistemi