Bakı. 7 aprel. REPORT.AZ/ Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında" qərarına dəyişiklik edilib.
“Report” xəbər verir ki, qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.
Qərara əsasən, kollegiyanın tərkibində yer alan İsgəndərov Xalid Səməd oğlu Məmmədov Səbuhi Hidayət oğlu ilə əvəzlənib.
Bu qərar imzalandığı gündən qüvvəyə minir.