Maliyyə Nazirliyinin istiqrazlarına tələb təklifi 4 dəfəyə yaxın üstələyib

Maliyyə Nazirliyinin istiqrazlarına tələb təklifi 4 dəfəyə yaxın üstələyib Bakı. 13 mart. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105004698 ISIN kodlu, tədavül müddəti 728 gün olan 30 mln. manatlıq dövlət istiqrazları üzrə hərrac keçirilib.
Maliyyə
13 Mart , 2018 16:51
Maliyyə Nazirliyinin istiqrazlarına tələb təklifi 4 dəfəyə yaxın üstələyib
Report

Bakı. 13 mart. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105004698 ISIN kodlu, tədavül müddəti 728 gün olan 30 mln. manatlıq dövlət istiqrazları üzrə hərrac keçirilib.

“Report” Nazirliyə istinadən xəbər verir ki, istiqrazlara tələb təklifdən 3,55 dəfə çox – 106,6 mln. manat olub.

Qiymətli kağızların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 100,0159 manat (gəlirlilik 8%) müəyyən edilib.

İstiqrazların ödəmə tarixi 10 mart 2020-ci ildir.

Son xəbərlər

Orphus sistemi