Maliyyə Nazirliyində Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub

Maliyyə Nazirliyində Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub Bu gün Maliyyə Nazirliyində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Maliyyə
10 may 2023 12:10
Maliyyə Nazirliyində Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub

Bu gün Maliyyə Nazirliyində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

"Report" nazirliyə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan nazir Samir Şərifov müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi H.Əliyevin xalqına, dövlətinə həsr etdiyi ömür yolundan, vətən və xalq qarşısında tarixi xidmətlərindən bəhs edib, Ulu Öndərin həm SSRİ dönəmində, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi illərin ölkəmizin tarixinə yüksəliş və inkişaf dövrü kimi yazıldığını bildirib.

O, qeyd edib ki, Azərbaycan xalqı 90-cı illərdə, yeni dövrə məhz H.Əliyev zəkasının işığında qədəm qoyub. Məhz onun qətiyyəti, fədakarlığı və yorulmaz səyləri nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərqərar edildi, iqtisadi inkişafın əsası qoyulub, 1994-cü ilin sentyabrında daxili və xarici təzyiqlərə baxmayaraq “Əsrin müqaviləsi” imzalanıb, ölkəyə xarici sərmayələr cəlb edilib, dövlət idarəçiliyi mexanizmi qurulub, nizami ordu yaradılıb və genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirilib.

Ümummilli Liderin ən böyük arzusunun Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası olduğunu deyən nazir onun bu müqəddəs vəsiyyətini layiqli siyasi varisi, Ali Baş Komandan İlham Əliyevin uğurla yerinə yetirdiyini, ərazi bütövlüyümüzün təmin edildiyini, üçrəngli bayrağımızın yenidən Vətən torpaqlarında, Qarabağın tacı olan Şuşada qürurla dalğalandığını diqqətə çatdırıb.

O, bildirib ki, bu gün H.Əliyevin ideyalarını uğurla həyata keçirən İ.Əliyevin qətiyyətli liderliyi ilə Azərbaycan siyasi sabitlik, iqtisadi güc, sosial rifah, tarix yazan güclü ordu, nüfuzlu və etibarlı tərəfdaş ölkə statusunda öz qüdrətli dövrünü yaşayır və bu, bir daha H.Əliyevin dövlətçilik məfkurəsinin bugünkü və gələcək inkişafımızın birbaşa təminatçısı olduğunu təsdiqləyir.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, professor Şahlar Əsgərov H.Əliyevlə görüşlərindən danışıb, unudulmaz xatirələrini bölüşüb. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun şöbə müdiri, professor Mayis Əmrahov isə tarix yaradan şəxsiyyət kimi Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi uzun illər ərzində vətən və xalq qarşısında tarixi xidmətlərindən bəhs edib.

Tədbirin sonunda 100 illik yubileyə həsr olunmuş “Əbədiyyətin ilk əsri. Heydər Əliyev 100” filmi nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi