Maliyyə Nazirliyi və ƏMDX “Azərbaycan Beynəlxalq Bankı”ndakı payını artırıb

Maliyyə Nazirliyi və ƏMDX “Azərbaycan Beynəlxalq Bankı”ndakı payını artırıb “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.
Maliyyə
3 Oktyabr , 2022 12:42
Maliyyə Nazirliyi və ƏMDX “Azərbaycan Beynəlxalq Bankı”ndakı payını artırıb

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.

"Report" bu barədə Banka istinadən xəbər verir.

Məlumata görə, ABB-nin səhmlərinin 91,4 %-nə nəzarət edən Maliyyə Nazirliyi payını 92,56 %-ə, 3,76 %-nə nəzarət edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) isə payını 3,81 %-ə çatdırıb.

Əvəzində Bankda digər hüquqi və fiziki şəxslərin payı 4,61%-dən 3,4%-ə düşüb. Kredit təşkilatının səhmlərinin qalan 0,23%-lik hissəsi isə əvvəlki qaydada “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT) məxsusdur.

ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 225,648 milyon manatdır.

Son xəbərlər

Orphus sistemi