Maliyyə Nazirliyi: Koronavirusla mübarizə üçün Dünya Bankından kredit alınmayacaq

Maliyyə Nazirliyi: Koronavirusla mübarizə üçün Dünya Bankından kredit alınmayacaq "Hazırda sözügedən kreditin alınması gündəmdə deyil”
Maliyyə
173
23 İyun , 2021 11:20
Maliyyə Nazirliyi: Koronavirusla mübarizə üçün Dünya Bankından kredit alınmayacaq

“Dünya Bankının koronavirus infeksiyasına qarşı mübarizədə bütün ölkələrə təqdim etdiyi “Sürətli COVID-19 Aləti” layihəsi çərçivəsində güzəştli kredit vəsaitinin cəlb olunmasına Azərbaycan tərəfi də maraq göstərib və müvafiq danışıqlara başlayıb”.

Bunu “Report”a açıqlamasında Maliyyə Nazirliyinin mətbuat katibi Mayis Piriyev bildirib.

“Bununla belə, kreditin ayrılması istiqamətləri, şərtləri və prosedurları Azərbaycan tərəfini qane etmədiyindən həmin danışıqların aparılması dayandırılıb və bu barədə Dünya Bankına məlumat verilib. Hazırda sözügedən kreditin alınması gündəmdə deyil”, - o qeyd edib.

Xatırladaq ki, Dünya Bankı Azərbaycanda COVID-19-a təcili cavab tədbirlərinin həyata keçirilməsi layihəsinə 95 milyon ABŞ dolları ayırmağı planlaşdırırdı. Kreditin təsdiqi sentyabrın 6-na planlaşdırılırdı.

Layihənin şərtlərinə görə, Dünya Bankı Azərbaycan hökumətinə COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması, yoluxma hallarının aşkarlanması və pasiyentlərin müalicəsi üçün səhiyyə sisteminin gücləndirilməsi və pandemiyanın bəzi sosial təsirlərinin azaldılması məsələlərinə dəstəyi nəzərdə tutulurdu.

Layihənin iki il ərzində həyata keçiriləcəyi gözlənilirdi.

Son xəbərlər

Orphus sistemi