Maliyyə Nazirliyi istiqrazlarına olan tələbin 55%-ni ödəyə bilməyib

Maliyyə Nazirliyi istiqrazlarına olan tələbin 55%-ni ödəyə bilməyib Bu gün Bakı Fond Birjasında ortamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Maliyyə
11 Aprel , 2017 16:59
Maliyyə Nazirliyi istiqrazlarına olan tələbin 55%-ni ödəyə bilməyib
Report

Bakı. 11 aprel. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0105003559 ISIN kodlu, 728 gün tədavül müddətli, 35 mln. manatlıq ortamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 4 investor 9 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 33 738 400 manat təşkil edib.

Sifarişlər 92,6873 manat (19,5936%) – 100,0964 manat (14,9424%) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 100 manat (15%), orta ölçülmüş qiyməti 100,0065 manat (14,9961%) təşkil edib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar sabah həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 14 998 700 manat (tələbin təxminən 45%-i qədər) təşkil edib.

İstiqrazların ödəmə tarixi 9 aprel 2019-cu ildir. 

Son xəbərlər

Orphus sistemi