Maliyyə Nazirliyi 35 mln. manatlıq istiqraz yerləşdirib

Maliyyə Nazirliyi 35 mln. manatlıq istiqraz yerləşdirib Bakı. 17 aprel. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0104003683 ISIN kodlu, tədavül müddəti 364 gün olan 35 mln. manatlıq dövlət istiqrazları üzrə hərrac keçirilib.
Maliyyə
17 Aprel , 2018 16:09
Maliyyə Nazirliyi 35 mln. manatlıq istiqraz yerləşdirib
Report

Bakı. 17 aprel. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0104003683 ISIN kodlu, tədavül müddəti 364 gün olan 35 mln. manatlıq dövlət istiqrazları üzrə hərrac keçirilib.

"Report" Nazirliyə istinadən xəbər verir ki, istiqrazlara investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 137,4 mln. manat təşkil edib.

Dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 92,5841 (gəlirlilik 8,9%) səviyyəsində müəyyən edilib.

İstiqrazların ödəmə tarixi 16 aprel 2019-cu ildir. 

Son xəbərlər

Orphus sistemi