Maliyyə Nazirliyi 20 mln. manatlıq istiqraz yerləşdirib

Maliyyə Nazirliyi 20 mln. manatlıq istiqraz yerləşdirib Bakı. 12 dekabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105005646 ISIN-li, 20 mln. manatlıq, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Maliyyə
12 Dekabr , 2017 17:30
Maliyyə Nazirliyi 20 mln. manatlıq istiqraz yerləşdirib
Report

Bakı. 12 dekabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105005646 ISIN-li, 20 mln. manatlıq, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 6 investor qiyməti 91,7196 manat (16,6001%) – 100,1754 manat (10,9) olan 11 sifariş təqdim edib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 93,3013 manat (15%), orta ölçülmüş qiyməti isə 95,7708 manat (13,4825%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 31 263 200 manat, yerləşdirilmiş məbləği isə 20 mln. manat olub.

Qiymətli kağızların ödəmə tarixi 10 dekabr 2019-cu ildir. Hərrac iştirakçıları ən geci sabah istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. 

Son xəbərlər

Orphus sistemi