Maliyyə Nazirliyi 10 mln. manatlıq istiqraz yerləşdirib

Maliyyə Nazirliyi 10 mln. manatlıq istiqraz yerləşdirib Bakı Fond Birjasında dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Maliyyə
12 İyul , 2016 20:38
Maliyyə Nazirliyi 10 mln. manatlıq istiqraz yerləşdirib

Bakı. 12 iyul. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0101004510 ISIN kodlu, 91 gün tədavül müddətli, 10 mln. manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Report"un birjaya istinadən verdiyi xəbərə görə, hərrac zamanı 8 investor tərəfindən 16 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 40 993 300 manat təşkil edib. 

Sifarişlər 96,4410 AZN (15,0073%) və 98,7964 AZN (4,9542%) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimal qiyməti 98,5301 AZN (6,0667%) orta ölçülmüş qiyməti 98,6631 AZN (5,5103 %) təşkil edib. Bağlanılmış əqdlər üzrə hesablaşmalar 13.07.2016 (t+1) tarixində həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 mln. manat olub.

İstiqrazların ödəmə tarixi bu il oktybarın 11-də başa çatır.

Son xəbərlər

Orphus sistemi