Maliyyə naziri: “Səhiyyə xərcləri rekord səviyyədə artırılır”

Maliyyə naziri: “Səhiyyə xərcləri rekord səviyyədə artırılır” “Hazırda təqdim etdiyimiz büdcə layihəsində bəzi xərclərimiz artırılır”
Maliyyə
4 Avqust , 2020 17:41
Maliyyə naziri: “Səhiyyə xərcləri rekord səviyyədə artırılır”

“Hazırda təqdim etdiyimiz büdcə layihəsində bəzi xərclərimiz artırılır”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.

“O cümlədən səhiyyə xərcləri rekord səviyyədə artırılır. Cari xərclərin artımı zənnimizcə müvəqqəti xarakter daşımalıdır. Koronavirus pandemiyası başa çatdıqdan sonra biz bundan çıxış dayaqlarımızı hazırlamalıyıq. Büdcə qaydası müvəqqəti dayandırılır. İndiki dövrdə biz bunu mütləq dayandırmalıyıq, çünki başqa yolumuz yoxdur”, - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi