Maliyyə naziri: "Manatın məzənnəsinin sabit qalmasında maraqlıyıq"

Maliyyə naziri: "Manatın məzənnəsinin sabit qalmasında maraqlıyıq" Maliyyə Nazirliyi manatın məzənəsinin sabit qalmasında maraqlıdır.
Maliyyə
3 Noyabr , 2022 14:21
Maliyyə naziri: Manatın məzənnəsinin sabit qalmasında maraqlıyıq

Maliyyə Nazirliyi manatın məzənnəsinin sabit qalmasında maraqlıdır.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında nazir Samir Şərifov bildirib.

"Bunun üçün Azərbaycan Mərkəzi Bankı ilə sıx əməkdaşlıq edirik", - o qeyd edib.

Bundan başqa, nazir bildirib ki, dünyada karbohidrogen qiymətlərinin yüksək olması səbəbi ilə dövlət büdcəsinə daxilolmalar nəzərdə tutulandan xeyli çoxdur və buna görə də, büdcə kəsirinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsaitdən istifadə nəzərdə tutulmur.

"Azərbaycanda fiskal dayanıqlılığın təmin edilməsi ilk növbədə qeyri-neft baza kəsrinin ilbəil azaldılması yolu ilə təmin edilə bilər. Digər yol isə Dövlət Neft Fondunun gəlirlərinin sabitliyini qorumaqdır", - S.Şərifov əlavə edib.

Son xəbərlər

Orphus sistemi