Maliyyə naziri ipoteka üçün ayrılan vəsaitin məbləğini açıqlayıb

Maliyyə naziri ipoteka üçün ayrılan vəsaitin məbləğini açıqlayıb İpoteka Fondu üçün 50 mln. manat ayrılması nəzərdə tutulur
Maliyyə
126
26 Sentyabr , 2016 12:29
Maliyyə naziri ipoteka üçün ayrılan vəsaitin məbləğini açıqlayıb

Bakı. 26 sentyabr. REPORT.AZ/ 2017-ci il üzrə dövlət büdcəsi layihəsində Azərbaycan İpoteka Fondu və Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) hər birinə 50 mln. manat olmaqla cəmi 100 mln. manat vəsait ayrılması nəzərdə tutulub.

"Report" xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib.

Onun sözlərinə görə, gələn ilin büdcəsində İpoteka Fondu üçün 50 mln. manat, MİDA üçün də təxminən eyni həcmdə vəsait ayrılması proqnozlaşdırılıb. Nazir qeyd edib ki, Sahibkarlığa Kömək Milli Fondu üçün də cari illə eyni səviyyədə vəsait ayrılması gözlənilir.

Son xəbərlər

Orphus sistemi