Maliyyə naziri: "İnflyasiyanın kəskinləşməsi səbəbindən subsidiyaların verilməsi nəzərə alınıb"

Maliyyə naziri: "İnflyasiyanın kəskinləşməsi səbəbindən subsidiyaların verilməsi nəzərə alınıb" Ötən il monetar və fiskal siyasətin sıx əlaqələndirilmiş şəkildə həyata keçirilməsi nəticəsində və sabit milli valyuta məzənnəsi şəraitində ölkə iqtisadiyyatında sürətli bərpa dinamikası formalaşdırılsa da, ölkəmizin sabit inkişafına mənfi təsiri də var.
Maliyyə
25 May , 2022 12:18
Maliyyə naziri: İnflyasiyanın kəskinləşməsi səbəbindən subsidiyaların verilməsi nəzərə alınıb
Samir Şərifov

Ötən il monetar və fiskal siyasətin sıx əlaqələndirilmiş şəkildə həyata keçirilməsi nəticəsində və sabit milli valyuta məzənnəsi şəraitində ölkə iqtisadiyyatında sürətli bərpa dinamikası formalaşdırılsa da, ölkəmizin sabit inkişafına mənfi təsiri də var.

“Report”un xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu təsirlər əsaən xarici faktorlarla bağlı idi: "Burada söhbət inflyasiyanın artmasından gedir: “Ötən il ölkəmiz nəzərdə tutulduğundan daha çox inflasiyanın olmasını qeyd etmişdik. Ölkədə inflyasiyanın yüksək olmasının səbəblərindən biri də dünya miqyasında ərzaq qiymətlərinin artmasıdır. Təəssüflər olsun ki, bu proses cari ildə də davam edir və hətta daha da kəskinləşib".

S. Şərifov bildirib ki, dövlət tərəfindən həmin proseslər nəzərə alınaraq, bir sıra addımlar atılaraq subsidiyaların verilməsi nəzərə alınıb.

Son xəbərlər

Orphus sistemi