Maliyyə naziri: "İcmal büdcənin qeyri-neft kəsirinin qeyri-neft ÜDM-nə nisbətinin azalması vacibdir"

Maliyyə naziri: "İcmal büdcənin qeyri-neft kəsirinin qeyri-neft ÜDM-nə nisbətinin azalması vacibdir" Azərbaycanda növbəti illərdə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-nə nisbətinin ardıcıl şəkildə azaldılması və büdcə xərclərinin daha çox qeyri-neft sektorundan olan daxilolmalar hesabına təmin edilməsi üzrə qəbul edilmiş fiskal siyasət
Maliyyə
13 noyabr 2023 08:32
Maliyyə naziri: İcmal büdcənin qeyri-neft kəsirinin qeyri-neft ÜDM-nə nisbətinin azalması vacibdir
Samir Şərifov

Azərbaycanda növbəti illərdə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-nə nisbətinin ardıcıl şəkildə azaldılması və büdcə xərclərinin daha çox qeyri-neft sektorundan olan daxilolmalar hesabına təmin edilməsini nəzərdə tutan fiskal siyasətin davam etdirilməsi vacibdir.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov bildirib.

"Hazırda dünya enerji bazarlarındakı əlverişli qiymət konyunkturu fonunda aparıcı təşkilatların ehtimal etdiyi neft qiymətləri büdcə göstəricilərinin proqnozlaşdırılması zamanı mühafizəkar prinsiplər əsasında götürülən neft qiymətlərini üstələyir.Təbii qaz hasilatının və satışının genişlənməsi, həmçinin qeyri-neft sektorundan daxilolmaların artması neft hasilatında və neft gəlirlərində gözlənilən azalmanı müəyyən qədər kompensasiya etmək iqtidarındadır. Bu şərait büdcə qaydasının hədəfləri çərvəsində Dövlət Neft Fondundun aktivlərinin ortamüddətli dövrdə dayanıqlı səviyyədə saxlanılması ilə yanaşı, Fonddan dövlət büdcəsinə yönəldilən transfertin həcminin artırılmasına imkan yaradır", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi