Maliyyə Bazarlarına Nəzarət Palatası keçirdiyi 2 tenderin nəticələrini açıqlayıb

Maliyyə Bazarlarına Nəzarət Palatası keçirdiyi 2 tenderin nəticələrini açıqlayıb Bakı. 25 yanvar. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) informasiya texnologiyalarının cari arxitekturasının diaqnostikası və əməliyyat modelinin təkmilləşdirilməsi üzrə məsləhət xidmətlərinin satın alınması məqsədi ilə keçirdiyi tenderin nəticəsini açıqlayıb.
Maliyyə
25 yanvar 2018 05:18
Maliyyə Bazarlarına Nəzarət Palatası keçirdiyi 2 tenderin nəticələrini açıqlayıb
Report

Bakı. 25 yanvar. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) informasiya texnologiyalarının cari arxitekturasının diaqnostikası və əməliyyat modelinin təkmilləşdirilməsi üzrə məsləhət xidmətlərinin satın alınması məqsədi ilə keçirdiyi tenderin nəticəsini açıqlayıb.

“Report” xəbər verir ki, 12 yanvar 2018-ci il tarixli tender prosedurunun qalibi “ERNST & YANQ HOLDİNQS (SİAYES) Bİ.Vİ.” şirkətinin Azərbaycandakı filialı olub.

Bundan başqa, Palata əməkdaşlarının tibbi sığortalanması üzrə tenderin nəticəsinə də aydınlıq gətirib. 8 yanvar 2018-ci il tarixli bu tender prosedurunun qalibi isə “A-Qroup Sığorta Şirkəti” ASC olub. 

Son xəbərlər

Orphus sistemi