Maliyyə Bazarlarına Nəzarət Palatası "exchange"lərin fəaliyyəti ilə bağlı açıqlama verib

Maliyyə Bazarlarına Nəzarət Palatası "exchange"lərin fəaliyyəti ilə bağlı açıqlama verib Palata: Valyuta mübadilə məntəqələrinə yenidən icazənin verilməsi barədə xəbərlər əsassızdır
Maliyyə
17 May , 2016 10:01
Maliyyə Bazarlarına Nəzarət Palatası exchangelərin fəaliyyəti ilə bağlı açıqlama verib

Bakı. 17 may. REPORT.AZ/ Azərbaycanda valyuta mübadilə məntəqə və ya şöbələrinin yenidən fəaliyyətinə icazənin verilməsi barədə yayılan xəbərlər əsassızdır. Bu barədə "Report"a Maliyyə Bazarlarına Nəzarət Palatasından valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpası ilə bağlı yayılan xəbərələrə münasibət bildirərkən qeyd edilib.

"Banklar tərəfindən valyuta mübadilə əməliyyatları qanunvericiliyə uyğun olaraq bankların baş ofisində, filial və şöbələrində, eləcə də ödəniş terminallarında həyata keçirilir. Maliyyə Bazarlarına Nəzarət Palatası bu qərara heç bir dəyişiklik etməyib və valyuta mübadilə məntəqə və ya şöbələrinin yenidən fəaliyyətlərinə icazənin verilməsi barədə xəbərlər əsassızdır", - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, bəzi KİV-də bir neçə valyutadəyişmə məntəqəsinin - 28 May küçəsində bir neçə məntəqə, “Neftçilər” və “Qara Qarayev” metro stansiyalarının çıxışında, 8-ci kilometr bazarında, Bakıxanov qəsəbəsində, “Sədərək” və “Binə” ticarət mərkəzlərində bağlanan “exchange”lərin yenidən fəaliyyətə başladığı barədə xəbərlər yayılıb.

Son xəbərlər

Orphus sistemi