Məlumata görə, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları” və “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları”nda müəyyən dəyişikliklər edilib.
Bu dəyişikliklər Azərbaycan prezidentinin 2014-cü il 22 aprel tarixli “Fiziki şəxslərə təqdim edilən müəyyən könüllü sığorta növləri üzrə vahid sığorta qaydaları haqqında” sərəncamının 1-ci və 2-ci hissələrinin icrasını təmin etmək məqsədilə həyata keçirilib.