Malayziyanın neft-qaz şirkətinin törəməsi Azərbaycandakı filialını bağlayır

Malayziyanın neft-qaz şirkətinin törəməsi Azərbaycandakı filialını bağlayır Malayziyanın dövlətə məxsus neft-qaz şirkəti "Petronas"ın törəməsi “Petronas Azerbaijan (Shah Deniz) S.A.R.L.” şirkətinin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib.
Maliyyə
5 Aprel , 2022 16:16
Malayziyanın neft-qaz şirkətinin törəməsi Azərbaycandakı filialını bağlayır

Malayziyanın dövlətə məxsus neft-qaz şirkəti "Petronas"ın törəməsi “Petronas Azerbaijan (Shah Deniz) S.A.R.L.” şirkətinin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 8 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Petronas Azerbaijan” 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Kövkəb Xanım Səfərəliyeva küçəsi, ev 5, qanuni təmsilçisi isə Nurunnajwa Binti Mohd Arasdır.

"Petronas" uzun illər "Şahdəniz" layihəsinin səhmdarı olub və ötən ilin sonuna yaxın layihədəki 1,2%-lik payını BP şirkətinə satıb.

Son xəbərlər

Orphus sistemi