London Fond Birjasının nümayəndəsi Bakıda fond bazarı iştirakçıları ilə görüşüb

London Fond Birjasının nümayəndəsi Bakıda fond bazarı iştirakçıları ilə görüşüb Bakı. 4 iyul. REPORT.AZ/ Bakı Fond Birjası (BFB) ilə London Fond Birjasının birgə əməkdaşlığı çərçivəsində şirkətlərin yerli kapital bazarları vasitəsilə maliyyələşmə imkanlarının genişləndirilməsi istiqamətində bazar iştirakçıları ilə görüş keçirilib.
Maliyyə
4 İyul , 2018 20:36
London Fond Birjasının nümayəndəsi Bakıda fond bazarı iştirakçıları ilə görüşüb

Bakı. 4 iyul. REPORT.AZ/ Bakı Fond Birjası (BFB) ilə London Fond Birjasının birgə əməkdaşlığı çərçivəsində şirkətlərin yerli kapital bazarları vasitəsilə maliyyələşmə imkanlarının genişləndirilməsi istiqamətində bazar iştirakçıları ilə görüş keçirilib.

"Report"un BFB-yə istinadən verdiyi xəbərə görə, tədbir çərçivəsində maliyyələşmənin təşviqi istiqamətində London Fond Birjasının nümayəndəsi tərəfindən “Elite” proqramı imkanlarından istifadə etməklə Bakı Fond Birjasının Listinq Məsləhət Proqramının imkanlarının genişləndirilməsi barədə məlumat verilib.

Qeyd edək ki, BFB Listinq Məsləhət Proqramının xidmətlərinin, tərəfdaşlarının və əhatə dairəsinin genişlənməsi istiqamətində fəaliyyətini davam etdirir.

Son xəbərlər

Orphus sistemi