​Lisenziyası ləğv edilən banklarda qorunan əmanətlərin məbləği açıqlanıb

​Lisenziyası ləğv edilən banklarda qorunan əmanətlərin məbləği açıqlanıb “Banklarda olan qorunan əmanətlər bankın böyüklüyünə görə dəyişir”
Maliyyə
22 İyul , 2016 10:17
​Lisenziyası ləğv edilən banklarda qorunan əmanətlərin məbləği açıqlanıb

Bakı. 22 iyul. REPORT.AZ/ “Lisenziyası ləğv edilən “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-də qorunan əmanətlərin ümumi məbləği 140 mln. 300 min manatdır”.

“Report” xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

R.Aslanlının sözlərinə görə, banklarda olan qorunan əmanətlərin həcmi bankın böyüklüyünə görə dəyişir.

Sədr bildirib ki, bu əmanətlər 40,7 min hesabda toplanıb: “Amma bu o demək deyil ki, bu qədər qorunan əmanətçi var. Çünki bir şəxsin bir neçə hesabı var. Hazırda bu məsələ ilə bağlı dəqiqləşdirmə aparılır və ondan sonra əmanətçilərə kompensasiya ödənilməsi məsələsinə baxılacaq”.

Son xəbərlər

Orphus sistemi