Bu ilin əvvəlindən Azərbaycanda mobil rabitəyə 422 milyon manat xərclənib

Bu ilin əvvəlindən Azərbaycanda mobil rabitəyə 422 milyon manat xərclənib Bui ilin yanvar-iyun aylarında Azərbaycandakı informasiya və rabitə müəssisələri 999,8 mln. manatlıq xidmət göstərib ki, bunun da 72,1%-ni əhali istehlak edib.
Maliyyə
17 İyul , 2019 09:28
Bu ilin əvvəlindən Azərbaycanda mobil rabitəyə 422 milyon manat xərclənib

Bui ilin yanvar-iyun aylarında Azərbaycandakı informasiya və rabitə müəssisələri 999,8 mln. manatlıq xidmət göstərib ki, bunun da 72,1%-ni əhali istehlak edib.

Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 15,8% artıb, bu sahədə əldə edilmiş gəlirin 82,5%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 42,2%-i və ya 421,5 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Son xəbərlər

Orphus sistemi