Likvidlik hərracından sonra Türkiyədə dollar yenidən bahalaşıb

Likvidlik hərracından sonra Türkiyədə dollar yenidən bahalaşıb Hərraca 300 mln. dollar çıxarılıb
Maliyyə
25 Yanvar , 2017 12:52
Likvidlik hərracından sonra Türkiyədə dollar yenidən bahalaşıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Türkiyədə ABŞ dolların məzənnəsi bu gün 3,80 TRY/USD həddini ötüb. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, Türkiyə Mərkəzi Bankının (TCMB) bu gün keçirdiyi likvidlik əməliyyatlarında bir həftəlik xarici valyuta depo hərracında türk lirəsi üzrə faizi 10% müəyyən edib. 

Dollar üzrə isə faiz dərəcəsi 0,75% qalıb. Hərracın ümumi həcmi isə 300 mln. dollar təşkil edib. 

Qeyd edək ki, xarici valyuta depo hərracı TCMB ilə banklar arasında "swap" əməliyyatlarını əks etdirir. Bu əməliyyatlarda TCMB 0,75%-lə banklara dollar borc verir, əvəzində lirəyə illik 10% ödəməklə öhdəlik götürür. 

Xatırladaq ki, ötən həftəyədək türk bankları bu əməliyyatı London "swap" bazarında həyata keçirib. Çünki, o zaman Londonda lirəyə ödənilən faiz daha yüksək olub və Türkiyədəki kimi əlavə 10%-lik təminat yoxdur. Bunu görən TCMB dərhal lirə faizlərini 10%-ə yüksəldib və Londona alternativ bazar formalaşdırıb. Təbii ki, lirəyə ödənilən faizin yüksəlməsi də öz növbəsində dolların məzənnəsinin artmasına gətirib çıxarıb.

Son xəbərlər

Orphus sistemi