LIBOR faizləri son on ilin maksimal səviyyəsinə çatıb

LIBOR faizləri son on ilin maksimal səviyyəsinə çatıb USD/EUR paritetə çatacaq
Maliyyə
28 Fevral , 2018 20:30
LIBOR faizləri son on ilin maksimal səviyyəsinə çatıb

Bakı. 28 fevral. REPORT.AZ/ ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauelin çıxışı uçot dərəcəsinin daha fəal şəkildə artırılacağı siqnallarını verib. 

"Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, onun çıxışı uzun zamandır dar diapazonda dalğalanan dolların məzənnəsinin möhkəmlənməyə başlaması ilə əvəzlənib.

Treyderlər, demək olar ki, bütün aktivləri sataraq dollara yönəlməyə başlayıblar. FED-in mart iclasında Federal Açıq Bazar Komitəsi (FOMC) yeni iqtisadi proqnozlar və uçot dərəcəsi ilə bağlı gözləntiləri yayımlayacaq, C.Pauel isə ilk mətbuat konfransını keçirəcək.

Dolların yüksəlməsi üçün digər önəmli bir siqnal isə LIBOR (London İnterbank Offered Rate) faizlərinin fevralın 27-də artaraq 2% səviyyəsini ötməsi və son on ilin maksimal həddinə çatması olub. Buna səbəb kimi ABŞ vergi islahatları çərçivəsində kapitalın repatriasiyası vasitəsilə izafi likvidliyin absorbasiyası göstərilir. Bununla yanaşı, ABŞ Xəzinədarlığı yüksək həcmdə istiqraz satışlarına başlayıb. Bu da, öz növbəsində, sistemdən pulların çəkilməsinə səbəb olur. Bəzən bu əməliyyatları "dollar tozsoranlığı" adlandırırlar. Nəticədə isə dolların məzənnəsi yüksəlir və onun avro ilə paritetə çatması istisna edilmir.

Son xəbərlər

Orphus sistemi