Ləğv edilmiş banklarda kreditləri olanlar üçün bank hesablarının rekvizitləri açıqlanıb

Ləğv edilmiş banklarda kreditləri olanlar üçün bank hesablarının rekvizitləri açıqlanıb Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli qərarı ilə “Amrahbank” ASC və Atabank ASC müflis elan edilərək iflas proseduruna başlanıb.
Maliyyə
12 May , 2020 11:30
Ləğv edilmiş banklarda kreditləri olanlar üçün bank hesablarının rekvizitləri açıqlanıb
google.az

Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli qərarı ilə “Amrahbank” ASC və "Atabank" ASC müflis elan edilərək iflas proseduruna başlanıb.

“Report” bu barədə Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir.

Belə ki, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu “Amrahbank” və "Atabank"ın ləğvedicisi təyin edilib.

Bununla əlaqədar olaraq Əmanətlərin Sığortalanması Fondu müflis elan edilmiş iki bankın qarşısında borc öhdəliyi (kreditləri) olan hüquqi və fiziki şəxsləri məlumatlandıraraq bildirir ki, ödənişlərini köçürmə yolu ilə ləğv prosesində olan (LPO) “Amrahbank” və "Atabank"ın Azərbaycan Respublikası Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə hesabları vasitəsilə, nağd qaydada isə LPO “Amrahbank” və "Atabank"ın  baş ofisi (Bakı şəhəri üzrə) və filial şəbəkəsi (Bakı istisna olmaqla şəhər və rayonlar üzrə), eyni zamanda “Milliön” ödəniş terminalları vasitəsilə həyata keçirə bilərlər.

Azərbaycan Respublikası Mərkəzi Bankında acılmış xüsusi ləğvetmə bank hesabların rekvizitləri:

LPO “Amrahbank” ASC, VÖEN 1400064171
Mərkəzi Bank, VÖEN 9900071001
SWIFT.BIK (AZN) NABZAZ 2C
SWIFT.BIK (xarici valyuta) NABZAZ 2X
Kod 501004
Müxbir hesab AZN AZ74NABZ01451700000000001944AZN
Hesablaşma hesabı AZN AZ68NABZ01350100000000060944AZN
Müxbir hesab EUR AZ58NABZ01452800000000007954EUR
Hesablaşma hesabı EUR AZ50NABZ01350200000000059954EUR
Müxbir hesab USD AZ51NABZ01452800000000015840USD
Hesablaşma hesabı USD AZ87NABZ01350200000000060840USD

LPO “Amrahbank” ASC-yə borcu olan şəxslər borclarının ödənilməsinə dair əlavə məlumat əldə etmək üçün aşağıdakı ünvana müraciət edə bilərlər:

Bakı şəhəri, Xocalı prospekti 36 A, ləğv prosesində olan “Amrahbank” ASC-nin baş ofisi.

Əlavə məlumat ücün əlaqə nömrəsi (+99412) 480-28-39.   

LPO “Atabank” ASC, VÖEN 9900006651
Mərkəzi Bank, VÖEN 9900071001
SWIFT.BIK (AZN) NABZAZ 2C
SWIFT.BIK (xarici valyuta) NABZAZ 2X
Kod 501004
Müxbir hesab AZN AZ74NABZ01451700000000001944AZN
Hesablaşma hesabı AZN AZ44NABZ01350100000000055944AZN
Müxbir hesab EUR AZ58NABZ01452800000000007954EUR
Hesablaşma hesabı EUR AZ84NABZ01350200000000058954EUR
Müxbir hesab USD AZ51NABZ01452800000000015840USD
Hesablaşma hesabı USD AZ53NABZ01350200000000061840USD

LPO “Atabank” ASC-yə borcu olan şəxslər borclarının ödənilməsinə dair əlavə məlumat əldə etmək üçün aşağıdakı ünvana müraciət edə bilərlər:

Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsi 102, ləğv prosesində olan “Atabank” ASC-nin baş ofisi.

Əlavə məlumat ücün əlaqə nömrəsi (+99412) 497-87-00.

Qaynar xətt – 136. 

Son xəbərlər

Orphus sistemi