Kuba pul sisteminin islahatına başlayır

Kuba pul sisteminin islahatına başlayır Bunu Kuba prezidenti Migel Dias-Kanel dövlət televiziyasının efirində elan edib
Maliyyə
415
11 Dekabr , 2020 16:35
Kuba pul sisteminin islahatına başlayır
Migel Dias-Kanel

Kuba rəhbərliyi 2021-ci ilin yanvarında maliyyə sistemində adada 1994-cü ildən bəri mövcud olan iki rəsmi milli valyutadan birinin - konvertasiya olunan pesosunun dövriyyədən çıxarılmasını nəzərdə tutan islahatlara başlayacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Kuba prezidenti Migel Dias-Kanel dövlət televiziyasının efirində elan edib.

Onun sözlərinə görə, pul sistemini 1 yanvar 2021-ci il tarixindən vahid məzənnə - 1 ABŞ dolları = 24 Kuba pesosu ilə qaydaya salmağa başlamaq üçün hər cür şərait yaradılıb.

Qeyd edək ki, 1994-cü ildən bəri Kubada iki rəsmi valyuta qüvvədədir - Kuba pesosu və dövriyyəyə buraxıldığı andan respublikada ABŞ dollarını əvəz etmək üçün nəzərdə tutulan Kubanın konvertasiya olunan pesosu. Hazırda vətəndaşlar üçün konvertasiya olunan pesonun rəsmi məzənnəsi 1 ABŞ dolları və ya 24 Kuba pesosudur, müəssisələr üçün isə 1 ABŞ dolları və ya 1 Kuba pesosudur.

Son xəbərlər

Orphus sistemi