​"Kredo Bank"ın yarımillik mənfəəti 54% artıb

​"Kredo Bank"ın yarımillik mənfəəti 54% artıb Bankın qeyri-faiz əməliyyatları üzrə zərəri 71% azalıb
Maliyyə
7 Avqust , 2015 10:23
​Kredo Bankın yarımillik mənfəəti 54% artıb

Bakı. 7 avqust. REPORT.AZ/ "Kredo Bank" ASC-nin cari ilin birinci yarısında əldə etdiyi mənfəət illik müqayisədə 54% artaraq 797,6 min manata çatıb. Bu müddətdə gəlirlər 35,5% azalaraq 6,97 mln. manat, xərclər 42% azalaraq 5,973 mln. manat təşkil edib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, gəlirlərin 76,4%-i və ya 5,3 mln. manatı, xərclərin isə 33,7%-i və ya 2,0 mln. manatı faiz əməliyyatları ilə bağlı olub. Beləliklə, Bank birinci yarımildə 3,3 mln. manat faiz mənfəəti əldə edib ki, bu da illik müqayisədə 61,1% azalma deməkdir.

Bu müddətdə gəlirlərin 23,6%-i və ya 1,7 mln. manatı, xərclərin isə 66,3%-i və ya 3,962 mln. manatı qeyri-faiz gəlir və xərclərinin payına düşüb. Nəticədə, Bank qeyri-faiz əməliyyatları üzrə 2,3 mln. manat zərər əldə edib və bu, illik 71,0% azdır.

Qeyd edək ki, "Kredo Bank"ın müştərilərinin sayı illik müqayisədə 27,2% artaraq 2015-ci il iyulun 1-nə 39,9 min nəfər təşkil edib. 

Son xəbərlər

Orphus sistemi