"Kredo Bank"da problemli kreditlər artıb

"Kredo Bank"da problemli kreditlər artıb Bankın aktivləri 17%, kredit portfeli 3% artıb, depozitləri isə 22% azalıb
Maliyyə
6 Avqust , 2015 10:47
Kredo Bankda problemli kreditlər artıb

Bakı. 6 avqust. REPORT.AZ/ "Kredo Bank" ASC-nin aktivləri illik müqayisədə 16,6% artaraq 2015-ci il iyulun 1-nə 179,5 mln. manata çatıb. Bu müddətdə kredit portfeli 3,3% artaraq 108,3 mln. manat təşkil edib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, kredit portfelinin 6,4%-i və ya 6,978 mln. manatı xarici, 93,6%-i və ya 101,3 mln. manatı milli valyutadadır. İyulun 1-nə kredit portfelinin 27%-nin və ya 29,2 mln. manatının ödəniş vaxtı keçib. Ötən ilin müvafiq dövründə bu göstərici 22,33% və ya 23,4 mln. manat olub.

Hesabata əsasən, depozit portfeli 22% azalaraq 24,2 mln. manata düşüb. Depozit portfelinin 43,2%-i və ya 10,5 mln. manatı xarici, 56,8%-i və ya 13,8 mln. manatı milli valyutada yerləşdirilib.

Cari il iyulun 1-nə "Kredo Bank"ın nizamnamə kapitalı 50,5 mln. manat, məcmu kapitalı 56,5 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi