“Kredit Servis" BOKT-nin aktivləri cüzi azalıb

“Kredit Servis" BOKT-nin aktivləri cüzi azalıb “Kredit Servis” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 0,1% azalaraq bu il yanvarın 1-nə 1,647 milyon manat təşkil edib.
Maliyyə
26 İyun , 2019 16:09
“Kredit Servis BOKT-nin aktivləri cüzi azalıb

“Kredit Servis” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 0,1% azalaraq bu il yanvarın 1-nə 1,647 milyon manat təşkil edib.

“Report” bu barədə BOKT-nin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Kredit Servis"in müştərilərə verdiyi xalis kreditlər isə 34,85% artaraq 1,335 milyon manata çatıb.

Hesabat dövründə BOKT-nin cəmi öhdəlikləri 2,8 dəfə artaraq 85 min manat, cəmi kapitalı isə 3,65% azalaraq 1,561 milyon manat, o cümlədən nizamnamə kapitalı 1,457 milyon manat azalaraq 1,457 milyon manat olub.

“Kredit Servis” 2018-ci ili 86 min manat xalis mənfəətlə başa vurub. Bu, 2017-ci ilə nisbətən, təxminən, 30 dəfə çoxdur. 

Son xəbərlər

Orphus sistemi