​Azərbaycanda kredit kartlarının ödəniş kartlarında xüsusi çəkisi 21%-i ötüb

​Azərbaycanda kredit kartlarının ödəniş kartlarında xüsusi çəkisi 21%-i ötüb Ölkədə kredit kartlarının sayında illik 402 min və ya 46,58% artım qeydə alınıb
Maliyyə
10 Yanvar , 2015 16:42
​Azərbaycanda kredit kartlarının ödəniş kartlarında xüsusi çəkisi 21%-i ötüb

Bakı. 10 yanvar. REPORT.AZ/ Azərbaycanda kredit kartlarının sayı illik 402 min və ya 46,58% artaraq, 2014-cü il dekabrın birinə 1,265 mln.-a çatıb.

“Report”un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, həmin müddətdə kredit kartlarının ölkədə mövcud olan cəmi ödəniş kartlarında xüsusi çəkisi 21,27% təşkil edib. Əvvəlki ilin müvafiq dövründə isə həmin göstərici 15,65% olub.

Hesabata əsasən, 2014-cü ilin noyabr ayında Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi oktyabrla müqayisədə 3,96% azalaraq 194 mln. manat təşkil edib. 2013-cü ilin eyni dövrü ilə müqayisədə isə əksinə 7,78% artım qeydə alınıb.

Kredit kartları ilə aparılan əməliyyatların 148 mln. manatı ölkədaxili əməliyyatların, o cümlədən 104 mln. manatı ATM, 44 mln. manatı POS-terminallar vasitəsilə əməliyyatların payına düşüb.

Hesabata əsasən, kredit kartları ilə aparılan əməliyyatların sayı isə illik 31,34% artaraq, 2014-cü il dekabrın 1-nə 1,517 mln. təşkil edib. Bunun da 1,072 mln.-u ölkədaxili, o cümlədən 488-i ATM, 584-ü POS-terminallar vasitəsilə əməliyyatlar olub. 

Son xəbərlər

Orphus sistemi