“Kredaqro”nun aktivləri 47% azalıb

“Kredaqro”nun aktivləri 47% azalıb Bakı.4 may. REPORT.AZ/ “Kredaqro” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 47% azalaraq bu il yanvarın 1-nə 7,965 mln. manat təşkil edib.
Maliyyə
4 May , 2018 10:16
“Kredaqro”nun aktivləri 47% azalıb

Bakı.4 may. REPORT.AZ/ “Kredaqro” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 47% azalaraq bu il yanvarın 1-nə 7,965 mln. manat təşkil edib.

“Report” bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Kredaqro"nun müştərilərə verdiyi kreditlər 56,1% azalaraq 4,732 mln. manata düşüb.

Hesabat dövründə BOKT-un öhdəlikləri 54,25% azalaraq 6,734 mln. manat, o cümlədən borc vəsaitləri 91,1% azalaraq 1,293 mln. manat, cəmi kapitalı isə 4 dəfə artaraq 1,231 mln. manat olub.

“Kredaqro” 2017-ci ildə 924 min manat xalis mənfəət əldə edib. Xatırladaq ki, BOKT 2016-cı ili 3,73 mln. manat xalis zərələ başa vurmuşdu.

Son xəbərlər

Orphus sistemi