“Kredaqro” BOKT ötən ili zərərlə başa vurub

“Kredaqro” BOKT ötən ili zərərlə başa vurub Kredit təşkilatı 2020-ci ildən 1,416 milyon manat xalis zərərlə çıxıb
Maliyyə
20 May , 2021 17:02
“Kredaqro” BOKT ötən ili zərərlə başa vurub

“Kredaqro” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 1,416 milyon manat xalis zərərlə başa vurub. Halbuki, BOKT 2019-cu ildən 6,646 milyon manat xalis mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, bu il yanvarın 1-nə “Kredaqro”nun aktivləri 11,357 milyon manat olub ki, bu da illik müqayisədə 8,2% azdır. Bunun 6,143 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-nin kredit portfeli 8% kiçilib.

Hesabat dövründə “Kredaqro”nun öhdəlikləri 11,1% artaraq 5,29 milyon manata çatıb, balans kapitalı isə 20,4% azalaraq 6,066 milyon manata düşüb.

Xatırladaq ki, “Kredaqro” 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 452 min manatdır. BOKT-nin təsisçisi 100% ABŞ-ın “ACDI/VOCA” təşkilatıdır.

Son xəbərlər

Orphus sistemi