“Kredaqro” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 0,3% artaraq bu il yanvarın 1-nə 7,989 mln. manat təşkil edib.
“Report” bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Kredaqro”nun müştərilərə verdiyi xalis kreditlər 12,5% azalaraq 4,14 mln. manat olub.
Hesabat dövründə “Kredaqro”nun cəmi öhdəlikləri 0,9% azalaraq 6,675 milyon manata düşüb, cəmi kapitalı isə 6,7% artaraq 1,314 milyon manata çatıb.
“Kredaqro” 2018-ci ili 223 min manat xalis mənfəətlə başa vurub. Bu, 2017-ci ilə nisbətən 75,9% azdır.