"Kred Aqro" istiqraz emissiyasının yerləşdirilməsinə başlayır

"Kred Aqro" istiqraz emissiyasının yerləşdirilməsinə başlayır İstiqrazlar üzrə illik gəlirlik 14%-dir
Maliyyə
15 Sentyabr , 2015 18:11
Kred Aqro istiqraz emissiyasının yerləşdirilməsinə başlayır

Bakı. 15 sentyabr. REPORT.AZ/ Sentyabrın 16-dan etibarən “Kred Aqro” QSC-nin (qeyri-bank kredit təşkilatı) faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsinə başlanılması nəzərdə tutulur.

"Report"un Birjaya istinadən verdiyi xəbərə görə, emissiyanın ümumi həcmi bir istiqrazın nominal dəyəri 250 manat olmaqla 3 mln. manat təşkil edir. İstiqrazlar üzrə illik gəlirlik 14%, tədavül müddəti ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən iki ildir.

Qeyd edək ki, emissiyanın yerləşdirilməsində anderrayter qismində "Invest-Az" MMC çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi