​"Kövsər Bank" nizamnamə kapitalını 4 dəfə artırır

​"Kövsər Bank" nizamnamə kapitalını 4 dəfə artırır Bank 38 mln. manatlıq səhm emissiyasının yerləşdirilməsinə başlayıb
Maliyyə
25 Dekabr , 2014 17:12
​Kövsər Bank nizamnamə kapitalını 4 dəfə artırır

Bakı. 25 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycanın "Kövsər Bank" ASC-nin adi sənədsiz adlı səhmlərinin Bakı Fond Birjasında (BFB) yerləşdirilməsinə başlanılıb. "Report"un BFB-yə istinadən verdiyi xəbərə görə, emissiyanın ümumi həcmi hər bir səhmin nominal dəyəri 200 manat olmaqla 38 mln. manat təşkil edir.

Emissiyanın yerləşdirlməsində anderrayter kimi “Brokdil-AZ” MMC çıxış edir. Yerləşdirmənin ən geci 2015-ci il dekabrın 25-dək başa çatdırılması nəzərdə tutulub.

Hazırda bankın nizamnamə kapitalı 12,02 mln. manat təşkil edir və yerləşdirmə uğurla başa çatacağı təqdirdə nizamnamə kapitalı 50,02 mln. manata çatdırılacaq.

Xatırladaq ki, Mərkəzi Bank 2014-cü ilin aprel ayında "Kövsər Bank"ın bank fəaliyyəti üçün lisenziyasını bərpa edib.

Qeyd edək ki, 1992-ci il dekabrın 21-də "Kövsər Bank"a verilən lisenziya 2010-cu ildə Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ləğv edilib. Buna "Kövsər Bank"ın minimum məcmu kapital tələbinə əməl etməməsi, bank qanunvericiliyinin tələblərini pozması, o cümlədən idarəetməni və cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirməməsi, habelə AMB-nin ardıcıl və davamlı göstərişlərinə riayət etməməsi səbəb olub.

Son xəbərlər

Orphus sistemi